Dəftər və Excel-i unudun. Kreditlerim kimə nə satdığınızı, kimin nə vaxt ödəməli olduğunu, kimin gecikdiyini və nə qədər xeyir etdiyinizi avtomatik hesablayır.
Satışdan ödənişə, anbardan hesabata qədər — hamısı bir yerdə.
Malı hissə-hissə satın: ilkin ödəniş, müddət və faiz yazılır, aylıq qrafik avtomatik qurulur.
Bu gün kim ödəməlidir, kim gecikib — hamısı bir siyahıda. Müştəriyə WhatsApp-dan bir kliklə xatırlatma.
Hər müştərinin kreditləri, ödənişləri, borc qalığı və zəmanətçiləri bir kartda.
Mallar, kateqoriyalar, maya dəyəri və tədarükçülər. Satılan mal anbardan avtomatik çıxır.
Öz pulunuzu və investorların payını ayrıca izləyin. İnvestor öz kabinetindən hesabatını görür.
Gün sonu kassa, xeyir, satış və borc hesabatları — rəqəmlər həmişə hazırdır.
Hər işçiyə ayrıca giriş və səlahiyyət. Kim nə edib — audit jurnalında yazılır.
Proqram kimi telefona quraşdırılır. Kompüter, planşet, telefon — hər yerdən daxil olun.
Müştərini, malı, ilkin ödənişi və müddəti seçin. Aylıq ödəniş qrafiki dərhal hazırdır.
Müştəri ödəyəndə məbləği yazın — borc qalığı, xeyir və kassa avtomatik yenilənir.
Gecikənləri görün, xatırlatma göndərin, gün sonu və aylıq hesabatlara baxın.
Yazın və ya zəng edin — sistemi sizə göstərək, mövcud məlumatlarınızı köçürməyə kömək edək.